Bəzi qruplar din pərdəsi altında insanları təsir altına salmağa çalışır - DEPUTATDAN REAKSİYA

Bəzi qruplar din pərdəsi altında insanları təsir altına salmağa çalışır - DEPUTATDAN REAKSİYA

"Bəzi qruplar din pərdəsi altında Azərbaycanda insanları təsir altına salmağa, onları dövət əleyhinə qaldırmağa çalışırlar". SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçiriən plenar iclasında deyib.

C.Məmmədov bildirib ki, eyni zamanda din pərdəsi altında dövlət adamlarına qarşı qarayaxma kampaniyası aparılır: “Bu gün Azərbaycan qarşı həyata keçirilən bu çirkin kampaniyaların qarşısı alınır. Düşünürəm ki, Vətən müharibəsindən sonra qarşıda duran ən mühüm məsələrdən biri də dini təhlükəsizliyin təmin edilməsidir”.

Deputat vurğulayıb ki, dini sahədə proseslərə nəzarətin gücləndirilməsi, din konsepsiyasnın qəbul edilməsi vacib əhəmiyyət kəsb edir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə