"Azərbaycan quruda olduğu kimi suda da öz ərazilərini qorumağa qadirdir" - HƏRBİ EKSPERT AÇIQLADI
"Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin təlimi Xəzər dənizində Azərbaycanın ərazi sularında təhlükəsizliyin təmin olunması baxımdan əhəmiyyətlidir. Məsələ burasındadır ki, Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzərdə gəmilərin sayına görə Rusiyadan sonra ikinci yer tutur. Ümumiyyətlə, Azərbaycan Hərbi Dənizçilik Məktəbi ötən əsrin əvvəllərinə dayanır. Bu illər ərzində Azərbaycanda Hərbi Dənizçilik daim inkişaf etmişdir". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, hazırda bu təlimin keçirilməsi həm də regionda stabilliyin, əmin-amanlığın qorunmasında, təhlükəsizliyin qorunmasında olduqca əhəmiyyətlidir. Azərbaycan hər zaman regionda sülhün, əmin-amanlığın bərqərar olunmasında tərəfdar ölkə kimi rol oynayır. Burada bir vacib məsələ də var. Bu da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin döyüş bacarıqlarının təkmilləşdirilməsi ilə bağlıdır.
Ramil Məmmədli bu barədə fikirlərini belə izah edib: "Məhz bu təlimlər döyüş bacarıqlarının təkmilləşdirilməsi, müasir texnikalardan istifadə olunması baxımdan olduqca önəmlidir. Məlumdur ki, Xəzər dənizi region üçün önəmlidir. Bu təlimlər həmçinin region dövlətlərinə bir ismarıcdır ki, Azərbaycan quruda olduğu kimi suda da öz ərazilərini qorumağa qadirdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB