Prezidentin Hadrut və Tuğ səfərləri Yaponiya saytında

Prezidentin Hadrut və Tuğ səfərləri Yaponiya saytında

Oktyabrın 10-da Yaponiyanın “ajmedia.jp” saytı Azərbaycan Prezidenti İlham Əliyevin Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfəri barədə məlumat yayıb.

Azərbaycanın əsas informasiya agentliyi olan SİA-ya istinadla verilən məlumatda Azərbaycan Prezidentinin Hadrut qəsəbəsində yeni məscidin və “Hadrut” qovşaq yarımstansiyasının təməlini qoyması, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olması öz əksini tapıb.

Yaponiya saytı dövlətimizin başçısının Xocavənd rayonunun ictimaiyyəti ilə görüşməsi və onlarla birlikdə Tuğ kəndinə getməsi barədə də məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə