Niderland agentliyi Azərbaycan silahından yazıb

Niderland agentliyi Azərbaycan silahından yazıb

Niderlandın xəbər agentliyi NOS Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (SİHA) nüfuzundan yazıb.

Agentlik pilotsuz uçuş aparatlarının dünya bazarında getdikcə daha çox satılmasından bəhs edib.

Sentyabrda Türkiyədə, Atatürk Hava Limanında keçirilən İstanbul Aviasiya, Kosmos və Texnologiya Festivalı -TEKNOFEST-ə qatılan NOS-un müxbiri təəssüratlarını niderlandlılarla bölüşüb.

Agentlik Türkiyənin son illər hərbi sənayesini pilotsuz uçuş aparatlarının istehsalına yönəltdiyini və ixracatını gündən-günə artırdığını bildirib.

Mətbu orqan qeyd edib ki, SİHA-lar Qarabağ münaqişəsində də istifadə edilib. Bildirilir ki, “Baykar” şirkətinin istehsal etdiyi silahlı pilotsuz uçuş aparatları Qarabağ müharibəsində tanklara, zirehli maşınlara, döyüş sursat anbarlarına və hava hücumundan müdafiə sistemlərinə zərbələr endirərək münaqişənin gedişatına təsir göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə