“Müxalifətin söyüş söyməsi acizliyinin əlamətidir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müxalifətin söyüş söyməsi acizliyinin əlamətidir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Sivil mübarizə yolunu seçə bilməyənlərin yalnız bir yolu qalır o da söyüş söymək. Yəni opponentlərinin mövqelərini uyğun hesab etməyəndə təhqirlər söyləyirlər. Belə olan halda da, xaricdə olan söyüş müxalifəti də heyflərini söyüş yolu ilə çıxırlar. Müxalifətin söyüş söyməsi acizlik, arqumentsizliyin, bacarıqsızlığın əlamətidir. Bu xislətə malik olan insanların fəaliyyəti qınanılan bir haldır. Siyasətdə söyüş olmaz, ümumiyyətlə, özlərini siyasətçi adlandıran və ya siyasətçilərə “xidmət edənlər” üçün yaramaz bir haldır”. Bunu SİA-ya açıqlamasında Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dövlətinin əldə etdiyi qələbəni qəbul etməyən çoxlu xarici qüvvələr var: “Yəni Azərbaycanda situasiyanı qarışdırmaqda maraqlı olan qüvvələr var. Müxalif şəxslərdən öz məkrli planlarını həyata keçirmək üçün bir alət kimi istifadə olunur. Bu da qınanılası bir haldır. Yəni başqalarının buyruğu ilə oturub-durmaq heç də yaxşı bir hal deyil. Ümumiyyətlə, kimin nə etməsindən və nə deməsindən asılı olmayaraq onlar heç vaxt Azərbaycan dövlətinin əldə etdiyi parlaq qələbəyə, uğurlarımıza kölgə sala bilməyəcəklər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə