"Prezidentin səfərləri siyasi mənada əsl mesajdır" - DEPUTAT AÇIQLADI

"Prezidentin səfərləri siyasi mənada əsl mesajdır" - DEPUTAT AÇIQLADI

“Ölkə Prezidenti İlham Əliyev bir neçə gün bundan öncə işğaldan azad olunmuş ərazilərimizdə oldu. Bu rayonlara səfər etməsi təkcə erməni mətbuatını yox, eyni zamanda dünya mətbuatının da diqqət mərkəzində oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, ölkə Prezidentinin bu səfərləri bir daha göstərir ki, artıq Qarabağ Azərbaycanındır: “Bu siyasi mənada əsl mesajdır. Digər tərəfdən cənab Prezident orada görülən layihələrin təməlqoyma mərasimlərində iştirak edir, gələcək perspektivdə hansı işlərin görüləcəyi ilə bağlı öz tövsiyələrini verir. Artıq işğaldan azad olunan rayonlarımızda Qarabağ və Zəngəzur iqtisadi rayonları yaradıldı. Hər iki iqtisadi rayonun gələcəkdə həm region üçün, həm də ölkə üçün böyük iqtisadi potensialı mövcuddur. Həmin o iqtisadi potensialdan səmərəli şəkildə istifadə etmək üçün dövlət proqramı yaradılıb. Konkret olaraq görülən hər bir iş proqramlar çərçivəsində həyata keçirilir. Digər tərəfdən görülən işlərin, proseslərin ən başlıca məqsədi dədə-baba ocağından didərgin düşən soydaşlarımızın öz yurdlarına qayıtmağıdır. Orada insanların yaşaması üçün böyük infrastruktur layihələri həyata keçirilir, ağıllı kənd layihəsi həyata keçirilir ki, yaxın vaxtlarda da soydaşlarımız bu yerlərə köçürüləcək”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə