"Ermənistanın Cəbrayıla vurduğu zərər 14 milyard dolların üstündədir" -POLİTOLOQ AÇIQLADI

"Ermənistanın Cəbrayıla vurduğu zərər 14 milyard dolların üstündədir" -POLİTOLOQ AÇIQLADI

"Cənab Prezident Cəbrayılın azad olunmasının 1-ci il dönümündə iştirak edərkən bu zaman kəsiyində Azərbaycan tərəfindən burada görülən işlər barədə Azərbaycan xalqına hesabat verdi. Orada təməlqoyma mərasimlərində iştirak etdi. Eyni zamanda, Cəbrayılın yerli əhalisi ilə görüşdü". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, bu zaman Prezident tək Ermənistana mesaj vermədi. Ermənistana mesajı, əsasən, Zəngəzur dəhlizi ilə bağlı oldu. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın bu müddət ərzində ancaq Cəbrayıla vurduğu zərər 14 milyard dolların üstündədir. Ermənilər işğal zamanı Cəbrayılda tarixi, mədəni, dini abidələri vəhşicəsinə məhv edib. Cənab Prezident bütün bunlara toxundu. Azərbaycan Prezidenti, eyni zamanda, Ermənistana və onuun havadarlarına ciddi siyasi mesajlar verdi.

Cümşüd Nuriyev onu da bildirdi ki, Azərbaycan öz maraqlarına uyğun hərəkət edir və bu siyasət davam edəcək: "Qonşu dövlətlərlə sıfır problem və əməkdaşlıq Azərbaycanın prioritet işidir. Yəni, biz heç kimə problem yaşatmaq istəmirik. Amma bizə problem yaradanlar peşman olacaq. Bunu dərk etməlidirlər. Ermənistan çox dəstəklənən bir dövlət idi. Təəssüflər olsun ki, tək xristian dövlətləri tərəfindən yox, bəzi müsəlman dövlətləri tərəfindən də Ermənistan dəstək gördü. İkinci olaraq burada cənab Prezident xristian dövlətləri ilə yanaşı, İrana da mesaj verdi. Cənab Prezidentin Anadolu Agentliyinə verdiyi müsahibədən sonra İranın XİN-i deyərdim, küçə səviyyəsində, diplomatiyadan uzaq bir şəkildə bir bəyanatla çıxış etdi. Öz aləmində Azərbaycanı təhdid etdi. Bilirsiz bozbaş mollası bundan artıq düşüncüyə malik ola bilməz. Düzdür, bundan öncəki xarici işlər naziri Cavad Zərif həddən artıq səviyyəli bir diplomat idi. Bunu da etiraf etmək lazımdır. İndiki nazirin bəyənatı olduqca təhdidvari və təhqirvaridir. Bunun ardınca İranın türk kökənli ali dini lideri Xamneyi ondan da biabırçı bir bəyanatla çıxış etdi. Bunlar feodalizmdən hələ o tərəfə keçə bilməyib. Daha doğrusu, quldarlıq dövründəki quldurlar kimi şapalaq siyasətini gündəmə gətirdi. Bir şeyi dərk etmədilər ki, Azərbyacan 30 il bundan əvvəlki Azərbaycan deyil. Cənab Prezident də İranın Azərbyacanın işğaldan azad olunan əraziləri ilə bağlı fikirlərini bəyənmədiyini dedi və qeyd etdi ki, Azərbaycan öz maraqlarına uyğun hərəkət edir. Əgər bizi sionizmlə ittiham edirlərsə, erməninin işğal etdiyi ərazilərdə daşı daş üstə qoymayan İran dövlətidir. Özlərini kənara çəkməsinlər. İranın iki böyük şirkəti həm Akopyan, həm Miktaryan bütün buraların sərvətini, Azərbaycan xalqının bütün mal-qaralarını İrana daşıdılar. Onda İran heç düşünmədimi ki, onlar bizim müsəlman qardaşlarımızdır. Gəl, bunlar haqqında da düşünək. Azərbaycan Prezidenti bu mesajı da verdi ki, Azərbaycanın hər şeydən xəbəri var. Sadəcə olaraq, indiyicən hörmət əlaməti olaraq susurduq. Amma artıq Azərbaycan mediası, Azərbaycan siyasətçiləri, Azərbaycan xalqı İrandan gözləmədiyini, yəni arxadan zərbə aldığı üçün Prezidentə müraciət etdi ki, cənab Prezident, xalq bu sahədə sizinlə bir yerdədir, sizi dəstəkləyirik. Xahiş edirik ki, Azərbaycan dövlətinin də mövqeyini ortaya qoyasız. O, Azərbaycan xalqının dövlət səviyyəsində sözçüsüdür və Prezident Azərbaycan xalqının sözünü dedi. Buna görə də, biz Prezidentimizə minnətdarıq. Bütün bu tip məsələlərdə Prezidentimizin yanındayıq. Müzəffər Ali Baş Komandandır. Azərbaycan xalqı ona böyük sevgi bəsləyir. Açığı qürur duyuruq ki, xalqın şərəfini, qeyrətini erməninin ayağı altında qoymadı".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə