“Rus sülhməramlılarının xəritədə düzəliş etməsi müsbət addımdır” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rus sülhməramlılarının xəritədə düzəliş etməsi müsbət addımdır” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Rusiya sülhməramlılarının Qarabağdakı özlərinin məsuliyyət zonasını əks etdirən xəritəni ləğv edərək ümumi Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi təqdim etmələri yaxşı bir haldır. Bu, həm də üçtərəfli birgə bəyanatın ruhuna da uyğunluq təşkil edir. Eyni zamanda, həm də Rusiya tərəfi dəfələrlə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması ilə bağlı bəyanatlar səsləndirib”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, Qarabağ Azərbaycanın ərazisinə daxildir: “Bütün dünya dövlətləri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və Vətən müharibəsinin nəticələri ilə hesablaşırlar. Bu xüsusda rus sülhməramlılarının da xəritədə bu cür düzəliş etməsi müsbət bir addım kimi qiymətləndirilir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə