Əliyev-Paşinyan görüşündən gözləntilər nədir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

Əliyev-Paşinyan görüşündən gözləntilər nədir? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın mümkün görüşünün əsas müzakirə predmetləri iki ölkə arasında sülh sazişinin imzalanması, ölkələrin delimitasiya və demarkasiyası, qarşılıqlı şəkildə kommunikasiyaların açılması və minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə bağlı ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputatın sözlərinə görə, müharibənin hərbi fazasının bitməsinə baxmayaraq informasiya mübaribəsi hələ də davam edir: “Verilən anonslardan müəyyən qədər görmək olur ki, Paşinyan revanşist qüvvələrin təhdidi ilə bu görüşdə 10 noyabrdan sonra həbs olunmuş terrorçuların qaytarılması məsələsini də ortaya ata bilər. Humanist addım kimi bəlkə də bu hansısa danışıqlar predmeti ola bilər, lakin bu gün bizə şərt qoymaq qeyri-mümkündür”.

A.Nağıyev vurğulayıb ki, Paşinyanın hakimiyyətdə qalması və eyni zamanda Paşinyan hakimiyyətinin siyasi addımlar atmasında Azərbaycanın mühüm rolu ola bilər: “Ona görə görüşdə təklif olunan hər bir məsələdə Ermənistan Azərbaycanı diqtə edən tərəf kimi dinləməlidir. Düşünürəm ki, bu görüşdə 6-lıq platforma, iqtisadi məsələlər kimi bir çox ciddi mövuzlar danışıqlarda müzakirə predmeti ola bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə