“Şərtləri Azərbaycan diktə edir” - ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Şərtləri Azərbaycan diktə edir” - ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Bu gün rus sülhməramlıları Azərbaycan ərazisində 10 noyabr aktının tələblərinə uyğun olaraq öz missiyalarını yerinə yetirirlər. 10 noyabr aktı Rusiyanın iştirakı ilə Ermənistanın təslim olma aktıdır. Həmin aktın tələblərindən biri Azərbaycan dövlətinin razılığı ilə həmin sülhməramlıların korpusunun Azərbaycanda yerləşməsidir. Təbii ki, burada da şərtləri Azərbaycan diktə edir. Burada da sülhməramlı missiyada öz vəzifəsini başa düşür. Hesab edirəm ki, rus sülhməramlıları fəaliyyətlərini 10 noyabr aktının tələblərinə uyğun qururlar”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, ötən bir il ərzində ermənilər təxribatlar törətsələr də lakin onların etdikləri bütün cəhdlər iflasa uğrayır: “Demək olar ki, onlar çox çalışırdılar ki, bu təxribatlarla sülhməramlı missiyanı Azərbaycana qarşı çevirsinlər və həmin o qüvvələrdən Azərbaycana qarşı istifadə etsinlər. Lakin onların bu arzuları ürəklərində qaldı. Rusiya müdafiə nazirliyinin əvvəl yerləşdirilən xəritələri dəyişdirilməsi ermənilərə ciddi zərbədir. Erməni terror maşını müxtəlif təxribatlar törətməklə Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq istəyirlər. Ancaq istəkləri baş tutmayacaq”.

A.Xəlilov onu da bildirib ki, Azərbaycan bu gün dünyada və regionda iqtisadi cəhətdən inkişaf etmiş bir ölkədir: “Ölkə rəhbərliyi Qarabağdakı erməniləri Azərbaycanın imkanlardan yararlanmağa çağırır, ermənilərdə artıq bunu dərk edir və Ermənistanda anlayır. Biz gələcəkdə daha yeni müqavilələrin şahidi olacağıq ki, artıq bu müqavilələr müharibə riskinin tamamilə aradan qalxması demək olacaq. Bu gün Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bunu biz inamla deyirik. Azərbaycan Prezidenti, Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasət və Onun qətiyyəti, inamı bunu deməyə tamamilə əsas verir. Hesab edirik ki, erməni əhalisi yaxın zamanlarda tam şəkildə məğlub olduqlarını başa düşərək, Azərbaycan qanunlarını qəbul edəcək və Azərbaycan əhalisi ilə dinc şəraitdə yaşamağa qərar verəcəklər. Əks təqdirdə sülhməramlı missiya ilə bərabər onlar da Azərbaycan ərazilərini tərk etməlidirlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə