"Azərbaycan xalqının qələbəyə gedən əzmini sındıra bilmədilər" - QHT RƏSMİSİ AÇIQLADI

"Azərbaycan xalqının qələbəyə gedən əzmini sındıra bilmədilər" - QHT RƏSMİSİ AÇIQLADI

"2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Ordusu dinc kəndlərimizi, şəhərlərimizi atəşə tutan Ermənistan ordusuna əks-hücuma keçərək torpaqlarımızı erməni faşistlərindən azad etmək istiqamətində əməliyyatlara başladı". Bu sözləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqlarının Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, 27 sentyabr Azərbaycan Ordusunun erməni faşizmini məhv etməyə yönələn qələbəsinin ilk addımı idi: "Eyni zamanda bu gün erməni faşizminin məğlub olmasının başlanğıcının ilk günü idi. Bu günlərdə Azərbaycan Ordusu erməni hərbiçiləri ilə döyüşdüyü bir zamanda yenə də ermənilər həm Qarabağımızla sərhəd olan bölgələri, o cümlədən xüsusilə də Tərtəri, Ağcabədi və Beyləqan rayonlarının kəndlərini atəşə tutaraq mülki əhali arasında çaşqınlıq yaratmaq, Azərbaycan xalqının ruhunu, əzmkarlığını öldürmək niyyəti ilə gecə-gündüz mülki əhalinin məskunlaşdığı yerlərə atəş açırdılar".

Çingiz Qənizadə fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 27 sentyabrdan torpaqlarımızın azad olunma prosesinin bir qismi başladı: "Artıq sentyabr ayının 3-də Suqovuşan, Talış və xeyli kəndlərimiz azad olundu. Daha da azğınlaşmış ermənilər artıq Qarabağın ətraf kəndlərini, yaşayıış məntəqələrini deyil, Qarabağdan xeyli uzaqda olan Gəncəni uzaqvuran raketlərlə atəşə tutmağa başladılar. 4 oktyabr 2020-ci il tarixində ilk raket atəşi olundu. Həm iki mərtəbli bina, həm də ətrafdakı mülki evlər dağıldı. 1 nəfər həlak olmaqla, 32 nəfər mülki əhali yaralandı. Bununla bərabər vətəndaşların mülki evləri ilə bərabər dövlətin infrastrukturuna da böyük zərbə dəymiş oldu. Bu cür mənfur cinayəti törədən ermənilərdən nəinki xalq qorxmağa başladı, əksinə daha çox "ordunun və Ali Baş Komandanın yanındayıq" deyə orduya müraciət etdilər. İtkiyə məruz qalmış, ailəsində şəhid olmuş insanlar "erməniləri torpaqlarımızdan qovun, çıxardın" deyə çağırışları etməyə başladı. Bundan sonra da bilirsiniz ki, bir neçə dəfə Gəncə şəhərinə raketlər atıldı və növbəti günlərdə Bərdəyə raket atıldı. Ümumilikdə baxmayaraq ki, 100-ə yaxın mülki əhali İkinci Qarabağ müharibəsində həlak olanlar oldu. Yüzlərlə yaralananlar oldu. Amma bu Azərbaycan xalqının qələbəyə gedən əzmini, Azərbaycan Ordusunun döyüş ruhunu sındıra bilmədi. Nəticə göz qabağındadır. Artıq Qarabağ işğaldan azad olunub. Hazırda Qarabağda yenidənqurma və abadlıq işləri davam etdirilir. Belə hesab edirəm ki, "Böyük Qayıdış" planını həyata keçirdikdən sonra biz bu bölgələrə turizm səfərlərinin iştirakçılarından biri olacağıq".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə