“Təhlükəsizlik sahəsində üç ölkə əməkdaşlıq edir” – POLİTOLOQ ŞƏRH ETDİ

“Təhlükəsizlik sahəsində üç ölkə əməkdaşlıq edir” – POLİTOLOQ ŞƏRH ETDİ

“Gürcüstan Azərbaycan və Türkiyənin strateji tərəfdaşıdır, birgə strateji layihələr var. Azərbaycanın əsas boru xətləri Gürcüstandan keçir, Azərbaycanın böyük kreditləri var.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğu deyib.

Mərkəzin rəhbəri vurğulayıb ki, ona görə də təhlükəsizlik sahəsində xeyli müddətdir ki, üç ölkə əməkdaşlıq edir.

“Azərbaycan müdafiə naziri və Türkiyənin müdafiə naziri Tiflisdə səfərdə oldular. Birgə hərbi təlimlər keçirdilib. Bu çox vacibdir. Çünki, üçtərəfli formatdır. Üstəgəl biz görürük ki, Azərbaycan indi Ermənistan üzərində qələbə çalsa da bəzi mərkəzlər Azərbaycanı zəiflətməyə çalışırlar. Azərbaycanı hədəfə almağa çalışırlar. İranda da çox təəssüf ki, belə siyasi qruplar var. Onlar Azərbaycanı hədələməklə məşğuldurlar. Dünən dövlət başçısı cənab İlham Əliyev də onların cavabını verdi.

Ona görə də bizim dostlarla, tərəfdaşlarla münasibətləri inkişaf etdirməyə, hərbi əməkdaşlığı genişləndirməyə ehtiyac var. Gürcüstanla hərbi əməkaşlığın inkişafı, birgə hərbi təlimlər məhz bu qəbildəndir”, deyə politoloq Elxan Şahinoğlu buldirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə