Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi BƏYANAT YAYDI
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Sputnik Azərbaycan İnformasiya Agentliyində Azərbaycanın əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı mətbuat konfransı keçirilib. SİA-nın verdiyi məlumata görə, mətbuat konfransında İctimai Birlik tərəfindən 6 dildə ( Azərbaycan, rus, İngilis, fransız, ərəb, alman dillərində bəyanat səsləndirilib.
Mətbuat konfransında Azərbaycan respubilkasının Əsir və itkin düşmüş, girov götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət komissiyasının məsul əməkdaşı, Prezident Yanında Qeyri Hökumət Təşkilatlarına Dəstəyi Agentliyinin rəsmisi, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti iştirak edərək çıxış ediblər.
Çıxış edənlər tarixə nəzər salaraq ermənilər tərəfindən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş soyqırımlar, işgəncələr, əsir və itkin düşmüş şəxslər ilə bağlı məlumatları faktların və rəqəmlərin dili ilə dünya ictimaiətinə çatdırılmasının vacibliyindən danışıblar.
Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal konfransa çıxış edərək qeyd edib ki, bu cür ictimai-siyasi, cəmiyyətə faydalı, Beynəlxlaq əhəmiyyətli mətbuat konfransını keçirməkdə əsas məqsəd Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan həqiqətlərini dünya ictimaiətinə çatdırılması yönümündə həyata keçirdiyi uğurlu Beynəlxalq siyasətə Azərbaycanın vətəndaş cəmiyyətinin milli və vətənpərvər əzimdə münasibətini ifadə etməkdir.
İcraçı direktor onu da bildirib ki, Erməni vansalizimi nəticəsində əsir və itkin düşmüş, işgəncələrə məruz qalmış vətəndaşlarımızın taleyi ilə bağlı məsələlərdə beynəlxalq hüquq təşkilatarı diqqətlə yanaşaraq ədalətli mövqe nümayiş etdirməlidir. Yüzlərlə soydaşımız erməni qəsbkarlığının qurbanı olaraq soyqırma, terrora,işgəncələrə, insanlığa sığmayan vəhşiliyə rast gəlmişlər. Çoxlu sayda vətəndaşlarımız var ki, onlar hal-hazırda itgin dümüş,girov götürülmüş öz doğmaları haqqında təsəlli üçün hər gün, hər an gözləri yollarda ən yeni məlumatlar axtarışındadır. Bu nisgilə, həsrətə son qoymaqda dünya ictimaiətini bəşəri həmrəyliyə səsləyirik!
İnsan itgisi ağır və dözülməzdir, həyatını dəyərli, mənalı ömürlə yaşamaq hər kəsin arzusudur. Zamanın qiyməti olduğu kimi insanların da yeri cəmiyyətdədir.
Gəlin nə itgin olaq, nə də itirən!
Bəşəriyət insanlarla güclüdür!
Birlikdə İnsanlarımızı qoruyaq!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB