Samuxda şəhid Məmmədov Kərim Namil oğlunun ildönümü qeyd edilib FOTOLAR
Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhadətə yüksəlmiş qəhrəman vətən oğullarından biri olan şəhidimiz Samux rayon Sarıqaya kənd sakini Məmmədov Kərim Namil oğlunun ildönümü münasibətilə məzarı ziyarət olunub, əziz xatirəsi ehtiramla anıldı. Qeyd edildi ki, Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində bu gün xalqımız haqq-ədalət uğrunda müharibədə Zəfər çalmış bir ölkədir. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Ermənistan işğalçılıq müharibəsi aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir. Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirmişlər. Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Bizim xalqımız Vətəninə, torpağına bağlı qəhrəmanlar yetişdirən xalqdır. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar.
Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdikləri sosial siyasətin tələblərinə uyğun olaraq ölkəmizin hər yerində olduğu kimi, Samux rayonunda da şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, müharibə veteranları və digər həssas əhali qrupunun lazımi qayğı ilə əhatə olunması şəhidlərimizin xatirəsi daim əziz tutulub onların adının əbədiləşdirilməsi diqqətə çatdırıldı. Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə yüksəlmiş bütün qəhrəmanlarımıza Allah rəhmət eləsin.
İlham
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB