YAP Quba rayon təşkilatı tərəfindən Əfsan Salıyevin xatirəsi anılıb FOTOLAR
YAP Quba rayon təşkilatı tərəfindən "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlər davam etdirilir. Bu görüşlərin davamı olaraq, oktyabrın 4-də YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov və YAP fəalları Quba rayon II Nügədi kəndindən olan şəhid Salıyev Əfsan İlkin oğlunun məzarı ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, ruhuna dualar oxunub. Sonra şəhidin ailəsi ziyarət edilib.Salıyev Əfsan İlkin oğlu Qubanın II Nügədi kəndində anadan olmuşdu. 2020-ci il oktyabrın 3-də Salıyev Əfsan İlkin oğlu Suqovuşan istiqamətində gedən döyüşlərdə qəlpə yarası alaraq Vətən torpağının azadlığı uğrunda qəhrəmancasına şəhid olmuşdur. Ölümü ilə ölməzlik qazanmış, şəhidlik zirvəsinə ucalmışdır.
Şəhidimiz Qubanın II Nügədi kənd qəbiristanlığında dəfn olunub. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçərək Şəhidlik zirvəsinə ucalıblar.
O, qeyd edib ki, şəhidlərimiz kimi, onların ailələri də bizim üçün çox qiymətli və dəyərlidirlər. Şəhidlərimizin, qazilərimizin keçdikləri şərəfli ömür yolu gələcək nəsillərə örnəkdir. Torpaqlarımızın azadlığı, Vətənimizin düşmən tapdağından xilas olması üçün canından keçən Azərbaycanın mərd oğulları - Şəhidlərimiz, Qazilərimiz bizim qürur mənbəyimizdir. YAP Quba rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Yusif Abidov şəhid ailəsinin problemləri ilə maraqlanıb və səlahiyyətləri daxilində problemlərin həlli üçün köməklik göstərəcəklərini bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
NƏZAKƏT ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB