"Həyata keçirilən addımlar ordunun inkişafına yönəlib” - HƏRBİ EKSPERT AÇIQLADI
“Ümumiyyətlə Azərbaycan Ordusunun keçirdiyi bütün təlimlərin, digər ölkələrlə birlikdə keçirdiyi təlimlərin məqsədi əlbəttə ki, ordunun döyüş imkanlarının gücləndirilməsidir”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.
Onun sözlərinə görə, bu kontekstdə də atılan addımlar çox əhəmiyyətlidir: “Naxçıvanda keçiriləcək təlimlərin mahiyyətində Azərbaycan Ordusunun maddi-texniki təminatı, silah-sursat təminatında müəyyən inteqrasiyanın həyata keçirilməsi kimi məsələlər durur. Ümumilikdə Azərbaycan Ordusu bildiyimiz kimi bu gün dünyanın müasir orduları sırasındadır. Bu baxımdan da Türkiyə kimi NATO dövləti ilə əməkdaşlıq etməsi ölkənin təhlükəsizliyi və regionda sülh və əmin-amanlığı bərqərar olunması baxımından olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, döyüş hazırlığının yüksəldilməsi üçün bu istiqamətdə həyata keçirilən addımlar yalnız və yalnız ordunun inkişafına yönəlib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB