"Aparılan siyasət erməni ordusunun maddi-texniki bazasını məhv etdi" - DEPUTAT ŞƏRH ETDİ

"Aparılan siyasət erməni ordusunun maddi-texniki bazasını məhv etdi" - DEPUTAT ŞƏRH ETDİ

“Cəbrayıl şəhəri işğaldan azad edilən ilk şəhərdir. Ona qədər Azərbaycan Ordusunun 27 sentyabrdan başlayan qələbəli hərbi əməliyyatları çox sayda kənd və qəsəbələrimizi işğaldan azad etməyə, xüsusən də ermənilərin 30 il ərzində qurduğu çox pilləli müdafiə xəttini yarmağa imkan verdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Cəbrayıl şəhərinin işğaldan azad edilməsi Azərbaycan Ordusunun işağala son qoymaq əzmini, Azərbaycan Ordusunun gücünü göstərdi: “Ali Baş Komandan İlham Əliyevin uğurlu rəhbərliyi nəticəsində Azərbaycan Ordusunun qazandığı qələbələr diqqəti cəlb edirdi. Ümumiyyətlə yayılan videogörüntülər, ermənilərin etirafları göstərdi ki, onlar Azərbaycan Ordusunun bu cür əzmini, qalibiyyətini gözləmirdilər. Ümumiyyətlə düşmən Azərbaycan Silahlı Qüvvələrinin gücünü azaltmağa çalışır, xaricdən onların işğalçılıq siyasətini həmişə müdafiə eləyəcək ümidi ilə yaşayırdılar. Amma Azərbaycanın apardığı uğurlu daxili, xarici siyasət, diplomatiya, ordu quruculuğu 27 sentyabr tarixindən başlayaraq özünü göstərməyə başladı. Bunun nəticəsidir ki, bir-birinin ardınca şəhər və kəndlərimiz işğaldan azad edildi. Ermənilərin 3-4 il ərzində işğal etdiyi əraziləri Azərbaycan Ordusu 44 gün ərzində işğaldan azad etdi. Aparılan siyasət erməni ordusunun maddi-texiniki bazasını məhv etdi. Ermənistan ordusunun çox sayda texnikasını sıradan çıxartdı. Heç də təsadüfi deyil ki, sonradan erməni rəsmi hakimiyyət orqanları 10 mindən çox fərarinin olduğunu etiraf etdi. Cəbrayılın azad olunması sonradan digər rayonların, ən əsası isə Şuşanı azad edərək Dağlıq Qarabağ münaqişəsinin birdəfəlik arxivə getməsinə səbəb oldu”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə