"Türkiyə-Rusiya təmasları olduqca vacibdir" - SİYASİ ŞƏRHÇİ AÇIQLADI
"Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə bir neçə gün öncəki görüşü, əlbəttə ki, Azərbaycan və bütövlükdə bizim regionumuz üçün olduqca önəmlidir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, hər kəsə bəllidir ki, bu görüşdə məhz Azərbaycan məsələsi də masada olmalı idi və olub.
Azər Həsrət bu barədə fikirlərini belə izah edib: Bu baxımdan görüşün bölgəmiz üçün yüksək əhəmiyyətini qeyd edə bilərik. Türkiyə Cümhurbaşqanı bir qayda olaraq belə görüşlərdə Azərbaycanın haqlı mövqeyini dilə gətirir, müdafiə edir və sonrakı addımlarla bağlı təkliflərini səsləndirir. O baxımdan görüş əlavə əhəmiyyət qazanır. Bəs nəticə nə olacaq, yaxud da bölgəmiz bundan nə qazanacaq? Təbii ki, iki böyük dövlətin başçılarının bu müzakirələri hər şeydən öncə Güney Qafqaz bölgəsində Azərbaycanla Ermənistan arasında münasibətlərin nəhayət ki, yumşalmasına yol açacaq. Bölgənin davamlı sabitliyinin təmin edilməsi baxımından Türkiyə-Rusiya təmasları olduqca vacibdir. Əlavə olaraq qeyd edək ki, bu görüşün ardından həm Azərbaycan, həm də Ermənistan rəhbərlərinin qarşılıqlı təmaslarla bağlı verdiyi mesajlar da gözdən qaçmamalıdır. Hətta bir qayda olaraq əsassız sərt ritorika ilə çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyan bu dəfə daha yumşaq şərtlə Azərbaycan Prezidenti ilə görüşməyə hazır olduğunun işartılarını verib. Burdan belə qənaətə gəlmək olar ki, Soçidə iki dövlət başçısının keçirdiyi görüş artıq bölgəmizdə müəyyən müsbət ovqatın formalaşmasına öz töhfəsini verməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB