“Prezidentin mesajı artıq ünvanına çatıb” - POLİTOLOQUN MARAQLI ŞƏRHİ
“Son günlər, xüsusən son dövrlər həm BMT-nin 76-cı Sessiyası ərəfəsində və onun keçirildiyi müddətdə, ondan sonrakı müddətdə artıq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri yavaş-yavaş status məsələsini qabartmağa çalışırlar. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq vurğulayıb ki, hətta onlar bununla bağlı bir təşəbbüs də irəli sürməyə çalışırdılar.
“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasında iştirakı zamanı ATƏT-in Minsk Qruöunun həmsədrləri ilə görüşdü və eyni zamanda Ermənistan xarici işlər naziri ilə də görüşü baş tutdu. Məsələ burasındadır ki, həm Rusiya tərəfindən, həm ABŞ tərəfindən, həm Fransa tərəfindən status məsələsini yenidən qabartmaq və məsələdə iştirakı onlar bir az daha genişləndirməyə çalışdılar.
ABŞ və Fransanın dərdi status məsələsini qaldırmaqla Rusiyanın bölgədə dominantlığını əlindən almaqdır. Rusiyanın dərdi bu məsələni qaldırmaqla, əslində, Rusiyanın Ermənistana dəstək verdiyi bildirmək kimi Ermənistana bir ismarıc ötürməkdir. Amma bu üzdə görünəndir. Əslində, arxada Rusiya onların da orada olmağını istəmir.
Ölkə başçısı, cənab Prezident İlham Əliyevin son müsahibəsi zamanı statusun olmaması barədə ismarıcı birbaşa həm ATƏT-in Minsk Qrupu həmsədrlərinə, həm də Ermənistana nəzərdə tutulmuşdu. Ölkə başçısının verdiyi ismarıc ondan ibarət idi ki, yəni artıq biz bu məsələni həll etmişik və siz həqiqətən də orada bir rol oynamaq istəyirdinizsə, bu məsələnin sülh yolu ilə həllinə nail olmalıydız və əgər nail olmamısızsa, deməli, artıq bundan sonra sizin deyəcək sözünüz, atılacaq addımınız yoxdur. Sadəcə, orada diplomatik, siyasi nəzakət xatirinə təbii ki, sülh prosesinin gedişində hansısa bir rol oynaya biləcəksə, ifadələrini işlətdi və bu da delimitasiya və demarkasiya məsələlərində iştirakın daha geniş yox, hansısa formada ola biləcəyi deməkdir.
Ümumilikdə isə götürəndə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə çoxdan xitam verilməli idi. Əslində, bu qrup yaranan zaman bir illik fəaliyyəti nəzərdə tutulmuşdu və bu qrup bir il ərzində Ermənistan və Azərbaycan arasında münaqişənin həll olunması yolunu tapmalı, bununla da məsələni həll etməli idi. Bu məsələ isə 30 ilə yaxın uzandı, torpaqlar bu müddıt ərzində işğal altında qaldı, Azərbaycan bu müddət ərzində səbr etdi, gözlədi, diplomatik danışıqlar getdi, nəticədə artıq hər şeyin tükəndiyini görən Azərbaycan tərəfi məsələni öz əsgərinin, ordusunun gücünə həll etd.
İndi artıq ölkə başçısının verdiyi ismarıc ondan ibarətdir ki, onların nə deməyindən, necə deməyindən asılı olmayaraq, məsələ bizim əlimizdədir və biz artıq məsələni yekunlaşdırmışıq. Bu o deməkdir ki, artıq bundan sonra ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini Azərbaycanda, ümumiyyətlə, bölgədə istəmirik. Bu, açıq bir mesaj idi və yəqin ki, bunu həm Minsk Qrupunun həmsədr ölkələri, həm Ermənistan aldı. Bundan sonrakı mərhələdə o qədər də inandırıcı görsənmir ki, Minsk Qrupunun həmsdər ölkələri artıq təzədən Azərbaycana, belə deyək ki, bu məsələdə müraciət edə. Hesab edirəm ki, artıq mesaj ünvanına çatıb və bundan sonrakı mərhələ Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Qarabağ münaqişəsində tərəf olaraq iştirakına icazə verməyəcək”, deyə Samir Hümbətov bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB