Vətən Müharibəsi şəhidi, baş gizir Cəbrayıllı İbrahimin anım mərasimi keçirilib FOTOLAR
Zərdab rayon Məlikmudlu kəndində Vətən müharibəsinin şəhidi, baş gizir Cəbrayıllı İbrahimin ildönümü ilə bağlı anım mərasimi keçirilib. Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş baş gizir İbrahim Cəbrayıllının birinci ildönümü ilə bağlı anım mərasimi şəhidin anadan olduğu Məlikmudlu kəndində baş tutub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamlarına əsasən, Zərdab rayonunun Məlikmudlu kəndindən olan Vətən müharibəsinin şəhidi baş gizir Cəbrayıllı İbrahim ölümündən sonra «Vətən uğrunda», «Hərbi xidmətlərə görə» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif edilmişdir.
Qeyd edək ki, şəhidin ildönümü mərasimində Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov, rayon icra aparatının nümayəndələri, YAP rayon təşkilatı aparatının əməkdaşları, bir qrup YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müəssisə və təşkilatlar və digərləri iştirak ediblər. İcra başçısı qeyd edib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin məqsədyönlü siyasəti və tapşırığı sayəsində şəhid ailələri dövlət qayğısı ilə əhatə olunublar. Məhz bu gün ölkə rəhbərliyi tərəfindən aparılan sosial siyasət şəhidlərimizə, Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və əbədi yaddaşımızda yaşayacaqlar.
Anım mərasimində 44 günlük Vətən müharibəsində və Birinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB