Şamaxı rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir FOTOLAR

Şamaxı rayonunda “Şəhid ailələrinə qayğı” aksiyası davam edir FOTOLAR

YAP Şamaxı rayon təşkilatı “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində rayon təşkilatının aparatı və fəal gənclər İkinci Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Rauf Əliyev İlyas oğlu və Ramiq Mikayılov Namiq oğlunun şəhid olmalarının ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak ediblər. Həmçinin, şəhidlərin məzarları ziyarət edilərək önünə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. Mərasimdə çıxış edən YAP Şamaxı rayon təşkilatının fəalları bildiriblər ki, bu gün ölkə rəhbərliyi tərəfindən yürüdülən humantir siyasət şəhidlərimizə, İkinci Vətən Müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir. Şəhidlərimiz hər zaman bizim qəlbimizdə və milli yaddaşımızda əbədi yaşayacaqlar.

Şəhid valideynləri övladlarının torpaqlarımızın azadlığı uğrunda vuruşub qəhrəmanlıqlar göstərmələrindən fəxrlə danışaraq övladlarının Şəhidlik zirvəsinə ucalmasını da «Vətənimiz sağ olsun!»,- deyə qəbul etdiklərini, 44 günlük Vətən müharibəsinin qələbəmizlə başa çatdırılmasını təmin edən Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevə minnətdar olmasını qeyd ediblər.

Eyni zamanda, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə olunub.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə