Qəbələlilər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər TƏDBİR

Qəbələlilər Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər TƏDBİR

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində canından keçmiş Qəbələ oğullarının - Topbağ kənd sakini Hakim Baxışovun, Böyük Pirəli kənd sakini İsmayıl Qurbanovun və Nic qəsəbə sakini Elşən Dəmirlinin şəhadətə yüksəlmələrinin ildönümüdür. Bu münasibətlə rayon icra hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidlərin təhsil aldıqları məktəblərin kollektivi hər üç şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzülərək xatirələri anılıb, ruhlarına dualar oxunub. Ziyarət zamanı vurğulanıb ki, Azərbaycan xalqı Vətən torpaqları uğrunda mətanətlə döyüşən, bu yolda Şəhadət zirvəsinə ucalan və tarixi, möhtəşəm Qarabağ Zəfərinə imza atan Hakim Baxışov, İsmayıl Qurbanov və Elşən Dəmirli kimi cəsur, fədakar övladlarının əziz xatirəsini daim uca tutacaqdır.

Sonra tədbir iştirakçıları hər üç şəhidin ailəsini ziyarət edib Qəhrəman Şəhidlərimizin valideynləri və ailə üzvləri dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə təşəkkür edərək, Vətənin adını ucaldan və xalqımıza misilsiz qələbə sevincini bəxş edən övladları ilə fəxr etdiklərini bildiriblər. Həmçinin, şəhid ailələrinin üzvlərinin gündəlik qayğıları ilə maraqlanıblar və Azərbaycanımıza yüksək fəxarət, şərəf gətirən bu ailələri daim xüsusi diqqət mərkəzində saxladıqlarını bildiriblər.Şəhidlərin ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Bütün Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhunuz şad olsun, Vətənimizin qəhrəman oğulları!

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə