ABŞ-ın hərbi eksperti: "Ermənistan Rusiya və İrandan qopmalıdır" ŞƏRH

ABŞ-ın hərbi eksperti: "Ermənistan Rusiya və İrandan qopmalıdır" ŞƏRH

“Hər şey olduqca aydındır. Azərbaycan kifayət qədər Ermənistandan zəngin ölkədir. Bakı ən yaxşı silahlara malik olan peşəkar orduya malikdir. Azərbaycanın ABŞ, İsrail və əlbəttə ki, Türkiyə kimi daha çox müttəfiqi var. Mövcud halda bütün üstünlüklər Bakıda idi”.

SİA xəbər verir ki, bunu caliber rusdilli analitik informasiya mərkəzinə müsabibəsində amerikalı hərbi ekspert, NATO-nun Türkiyədəki beynəlxalq antiterror mərkəzinin keçmiş rəhbəri, NATO-nun xüsusi hərbi missiyası qərargahının Rusiyanın Müdafiə nazirliyi ilə koordinasiya və əlaqələr üzrə keçmiş rəisi, birinci ranq kapitanı Harri Tabax deyib.

"Ermənistanın çox pis müttəfiqləri olub ki, onlar bu gün də ondan istifadə edirlər"

Amerikalı hərbi ekspert Ermənistanın fatal səhvi və nəticədə müharibədə məğlub olması faktını şərh edərkən bildirib ki, Ermənistan, ümumiyyətlə, müharibəyə hazır deyildi. “Erməni ordusu çox zəifdir. Əgər həqiqətən də bunun köklərinə nəzər salsaq, bu zaman dərhal qeyd etmək olar ki, Ermənistanın çox pis müttəfiqləri olub ki, onlar bu gün də ondan istifadə edirlər”, deyən Harri Tabax Ermənistanın bundan sonra Rusiya və İrana bel bağlamalı olmaması vacibliyini deyib və müqayisə aparıb: “İndi əgər onları Azərbaycanın müttəfiqləri - ABŞ, İsrail, Türkiyə ilə müqayisə edərsək, əlbəttə ki, İrəvanın uğursuzluğa malik olacağını əvvəldən demək mümkün idi”.

Ermənistanın bugünkü gündəki reallığı, gələcəyi barədə də fikir bildirən amerikalı ekspert əlavə edib ki, bu ölkə hazırda çox çətin vəziyyətdədir, buna səbəb isə diaspor və Rusiya ilə, İranla əməkdaşlığıdır. “Bu, yaxşı nəyə isə gətirib çıxarmayacaq. Mən ümid edirəm ki, İrəvan gələcəkdə bu kimi diktatorçu ölkələrdən qopa biləcək və sivilizasiyalı dünyanın bir hissəsinə çevriləcək”, deyə o bildirib.

"Ermənistanı xilas etmək üçün belə situasiyanın lideri kimi Azərbaycana çıxış etməli olacaq"

Harri Tabax qeyd edib ki, Ermənistan ABŞ, İsrail, Türkiyə, Kanada və ən əsası – Azərbaycan kimi tərəqqi edən ölkələrin köməkləri olmadan onunla əməkdaşlıq edən tərəflərdən qopa bilməyəcək: “Əgər Bakı əlini uzadarsa və Ermənistana göstərərsə ki, onlar düşmən deyillər, eləcə də İrəvanı Türkiyənin, ABŞ-ın, Qərbin yardımı ilə düzgün tərəfə çəkərsə və Rusiya ilə İranın onu “yeməsinə” imkan verməzsə, bu zaman hər şeyin yaxşıya doğru dəyişəcəyinə ümid etmək olar. Bu, dünya ictimaiyyətinin məsuliyyətidir. Ermənistanı xilas etmək üçün belə situasiyanın lideri kimi Azərbaycana çıxış etməli olacaq. Erməni xalqının özü müharibə istəmir, ölmək istəmir, əksinə, çiçəklənmək istəyir. Mən hesab edirəm ki, ermənilərdə hər şey yaxşı olacaq, ancaq Azərbaycanın hesabına. Əgər Ermənistan qonşusu ilə münasibətlərini yaxşılaşdırmazsa, bu, İrəvan üçün çox acınacaqlı vəziyyət ilə başa çatacaq”, amerikalı hərbi ekspert xüsusilə vurğulayıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə