YAP Zaqatala rayon təşkilatı şəhidin ailəsini ziyarət edib - FOTOLAR

YAP Zaqatala rayon təşkilatı şəhidin ailəsini ziyarət edib - FOTOLAR

YAP Zaqatala rayon təşkilatının, Zaqatala rayon icra hakimiyyətinin, rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, din xadimləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Zaqatala rayon Bəhmətli kənd sakini, kapitan Əliyev Fəzail Cahan oğlunun ildönümü ilə əlaqədar məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Daha sonra Şəhid ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıblar. Şəhidimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə ediblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə