YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər

YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər

30 sentyabr 2021- ci il tarixdə Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədr əvəzi Aqşin Bağırov və təşkilatın əməkdaşları 44 günlük Vətən müharibəsində vətənimizin müdafiəsi uğrunda öz canından keçən Biləsuvar rayon Bəydili kəndindən olan şəhid Gözəlzadə Ceyhun Nazim oğlunun və şəhid Bağırlı Hikmət Qəhrəman oğlunun ildönümləri ilə əlaqədar olaraq ailələrini ziyarət ediblər. Daha sonra şəhidlərin məzarları ziyarət edilib və dərin ehtiramla yad edilərək üzərlərinə tər gül dəstələri düzüblər.

Allah rəhmət eləsin!

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə