Ermənistan çətin problemlər qarşısındadır -PAŞİNYAN ETİRAF EDİB

Ermənistan çətin problemlər qarşısındadır -PAŞİNYAN ETİRAF EDİB

Ermənistan ən çətin problemlərlə üzləşir. SİA xəbər verir ki, bu sözləri bu gün hökumət iclasında baş nazir Nikol Paşinyan 2022 -ci il büdcə layihəsi ilə əlaqədar çıxış edərkən deyib.

"Koronavirus pandemiyası və 44 günlük müharibədən sonrakı iqtisadi, sosial fəlakətli nəticələr, təhlükəsizlik problemləri hələ də aradan qaldırılmayıb", deyə baş nazir Paşinyan etiraf edib.

Nikol Paşinyan uzunmüddətli inkişaf məqsədlərinə təhlükəsizlik təmin edilmədən çatmağın mümkünsüz olduğunu etiraf edib və dilə gətirib.

“Təhlükəsizliyin təmin edilməsinə diqqət yetirəcəyik, onsuz uzunmüddətli inkişaf məqsədlərinə çatmaq mümkün deyil. Bu mənada, təkcə ordunun müdafiə qabiliyyətini modernləşdirmək deyil, həm də Ermənistan ətrafında əlverişli bir xarici mühit formalaşdırmaq vacibdir", deyə Paşinyan əlavə edib.

Erməni baş nazir, bütün problemləri bir büdcə hesabına həll etməyin mümkünsüzlüyünü də deyib.

"Əlbəttə ki, dövlətin qarşısında duran bütün problemləri bir büdcə hesabına həll etmək mümkün deyil, inertial dövrdən çıxmalıyıq", deyə erməni baş nazir fikirlərini belə ifadə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə