"Şəhidlərin yaşadığı şəhərlərdə, qəsəbələrdə onların adına küçələrə verilməlidir". SİA-nın məlumatına görə, bunu Milli Məclisin deputat Fəzail Ağamalı Milli Məclisin bu gün keçirilən iclasında “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri müzakirə edərkən deyib.
F.Ağamalı bildirib ki, şəhidlərin yaşadığı yerlərdə, kəndlərdə, qəsəbələrdə onların büstü qoyulmalıdır: “Biz onlar qarşısında tarixi borcumuzu, mənəvi borcumuzu yerinə yetirməliyik. Şəhid adlarının əbədiləşdirilməsi üçün bu çox yaxşı vasitədir və elə də maliyyə vəsaiti tələb etmir”.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB