Daşnaqsütyunun İrəvan Şəhər Komitəsinin üzvləri Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, etirazçılardan biri jurnalistlərə açıqlamasında Ermənistanın səhiyyə naziri Anahit Avanesyanın bir sıra suallarına cavab almaq üçün gəldiklərini bildirib.
“Əsas məsələ testlə bağlıdır. Vaksinasiya əleyhinə deyilik, amma bir neçə sualımız var, xüsusən də suallar testin qiyməti ilə bağlıdır. Maraqlıdır, 15,000 dram qiyməti deyilən bir test 5000 dəyərinə necə oldu? Mütəxəssislərin fikrincə, testin qiyməti əslində təxminən 2000 dramdır.
İndiyə qədər 1.7 milyon test aparılıb. Yəni soyğunçuluqdan danışan hökumət bir ildə 37 milyon dollar mənfəət əldə edib. Hansı təşkilatın belə bir qazanc əldə etdiyini bilmirik, amma insanları test bəhanəsi ilə soyublar.
Sentyabrın 21-dək yoluxmuş insanların sayı gündə 400-500 idi və bu şəraitdə hökumət İrəvanda Respublika Meydanında bir tədbir təşkil etmək qərarına gəlib. Nazir bu qərara etiraz edibmi? Yeri gəlmişkən, bundan sonra yoluxmuşların sayı minə çatəb", deyə aksiya iştirakçısı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB