"Bizim məqsədimiz regionda sülh və sabitliyin təmin olunmasıdır" - Ziyafət Əsgərov

"Bizim məqsədimiz regionda sülh və sabitliyin təmin olunmasıdır" - Ziyafət Əsgərov

"Azərbaycanla Türkiyənin əməkdaşlığı heç bir ölkəyə qarşı yönəlməyib, bizim məqsədimiz regionda sülh və sabitliyin təmin olunmasıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi ilə bağlı məsələnin müzakirəsi zaman deyib.

Z.Əsgərov qeyd edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır: “Biz istəyirik ki, Ermənistan Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanısın, kommunikasiyaların açılmasına şərait yaratsın və yalnız bu halda Ermənistanla iqtisadi və digər münasibətlər qurula bilər.

Çox təəssüf ki, biz bunu Ermənistan tərəfindən görmürük, əksinə Ermənistan təxribatlara əl atır, Minsk Qrupunu diriltməyə çalışır. Münaqişə artıq bitib, Azərbaycan öz ərazilərini işğaldan azad edib. Bu gün biz gələcək inkişaf istiqamətləri haqqında danışa bilərik”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə