"Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Cənab Prezident qardaş ölkənin "Anadolu" Agentliyinə çox geniş və şaxəli müsahibə verib. Bu müsahibədə vurğulanan bir sıra vacib məqamlar var. Bu nüanslar şübhəsiz ki, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması ilə bağlı Azərbaycanın mövcud vəziyyətdə irəli sürmüş olduğu şərtlərin Ermənistan tərəfindən qəbul olunub-olunmaması ilə bağlı Azərbaycan Prezidentinin mövqeyinin qəti ifadəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin üzvü Ramil Həsən deyib.

Deputatın sözlərinə görə, bu müsahibədə səslənən fikirlər Azərbaycan və Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsində yüksək şəkildə davam etdiyini və bunun hərbi-siyasi əməkdaşlığın ən yüksək səviyyəyə çatması üçün dövlət daşçımızın qəti iradə ortaya qoyduğunu öz mesajları ilə bir daha təsdiq edir: “Eyni zamanda müsahibədə bölgədəki 6-lıq platforması, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ilə bağlı mövcud ehtimallar da cənab Prezident tərəfindən dilə gətirilib. Cənab Prezidentin dünya ictimaiyyətinə, bölgə liderlərinə, eyni zamanda regionla bağlılığı olan dövlət rəhbərlərinə açıq şəkildə mesajlar verdi. Düşünürəm ki, burada heç bir gizli məqam yoxdur. Cənab Prezident açıq fəaliyyət göstərən bir liderdir. "Anadolu" Agentliyinə verdiyi müsahibədə də aydın şəkildə bu göründü”.

R.Həsən vurğulayıb ki, Prezidentimiz bir daha qeyd etdi ki, biz Ermənistanla sülh sazişi imzalamağa hazırıq: “Biz Türkiyə ilə Azərbaycan, Ermənistan münasibətlərinin paralel olaraq normallaşdırılmasının tərəfdarıyıq və əlbəttə ki, bizdən asılı olan bütün addımlar atılmaqla bərabər, eyni zamanda Ermənistanın da öz üzərinə düşən addımları atması lazımdır. Sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiyası, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması və şübhəsiz ki, 10 noyabr bəyannaməsinin müddəalarının ən önəmlisi Qərbi Zəngəzur koridorunun ən qısa müddətdə açılması və bölgədəki bütün kommunikasiyaların açılması prosesləri bir birinə bağlı olduğu üçün cənab Prezident verdiyi bütün müsahibələrdə bu məsələrin üzərində dayanır. Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Dünya dövlətləri bölgədə dayanıqlı sülhün təmin olunmasını istəyirsə, Ermənistanın da öz üzərinə düşən öhdəlikləri yerinə yetirməsini tələb etməlidirlər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə