"Bu zəfər Cənubi Qafqazı erməni faşizmindən xilas etdi" -POLİTOLOQ AÇIQLADI

"Bu zəfər Cənubi Qafqazı erməni faşizmindən xilas etdi" -POLİTOLOQ AÇIQLADI

"Zəfər tarixi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Çünki Azərbaycan son 200-300 il ərzində ilk dəfə olaraq yağı düşmənlərdən torpaqlarını azad etdi və həmin düşməni diz çökməyə məcbur etdi". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, qazanılan zəfər, qazanılan qələbə bölgədəki reallıqları Azərbaycanın xeyrinə dəyişdi: "Bölgədə siyasi münasibətlər Azərbaycan tərəfindən cızılan yeni konfiqurasiyaya uyğun formalaşır. Bu konfiqurasiya nəticəsində regionda siyasi və hərbi məqamlar, demək olar ki, əksər hallarda Azərbaycanın diktəsi və iradəsi ilə həyata keçirilir. Çünki bölgədə həm iqtisadi cəhətdən, həm hərbi-siyasi cəhətdən tanınan güc Azərbaycandır və onun siyasi rəhbərliyidir. Bu mənada, erməni faşizmi üzərində qələbə qazanılması, onun kaputilasiyaya məcbur edilməsi, ordusunun bütövlüklə məhv edilməsi mənim fikrimcə, Cənubi Qafqazı faşizmin ən pis forması olan erməni faşizmindən xilas etdi. Ətrafındakı bütün ölkələrə ərazi iddiası edən Ermənistan dənizdən-dənizə dövlət ideyasını bəyan etməklə həm Gürcüstana, həm Türkiyəyə həm Azərbaycana böyük ərazi iddiaları edirdi. Azərbaycan ordusunun bu şanlı zəfəri sayəsində ermənilərin bütün ideyaları puça çıxdı".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə