"Gürcüstan da sülhün, inkişafında Azərbaycan kimi tərəfdardır" - DEPUTAT ŞƏRH ETDİ

"Gürcüstan da sülhün, inkişafında Azərbaycan kimi tərəfdardır" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanla Gürcüstan arasında son illər həyata keçirilən tədbirlər iki ölkə arasındakı münasibətləri çox yüksək səviyəyə qaldırmışdır". Bunu SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, istər dəmiryolu xətlərinin Gürcüstandan keçirilməsi, Azərbaycan enerji resurslarının Gürcüstan üzərindən dünya bazarına çıxarılması iki ölkə arasındakı əlaqələrin çox yüksək səviyəyə qalxmasına səbəb olub.

Bu haqda Cavid Osmanov fikrini belə izah edib: "Dünən Gürcüstan baş nazirinin Azərbaycana səfəri bir daha onu göstərdi ki, iki ölkə arasındakı əlaqələr dostluq, qardaşlıq münasibətləri üzərində qurulmuşdur. Bu görüşdə yeni növbəti sənədlər imzalandı. Bu da iki ölkə arasındakı əlaqələri daha da inkişaf etdirəcək və iki xalq arasında, iki dövlət arasında əlaqələri daha üst səviyyəyə keçirəcək. Eyni zamanda Gürcüstan da Cənubi Qafqazda sülhün, əmin-amanlığın inkişafında Azərbaycan kimi tərəfdardır. Azərbaycan-Ermənistan münasibətlərinin də Gürcüstan faktiki olaraq tənzimlənməsi üçün, normallaşması üçün çox müsbət addımlar atır. Artıq biz onun bir hissəsini görmüşük. Gürcüstan üzərindən Ermənistanın Azərbaycana mina xəritələrini təqdim etməsi, Azərbaycanın bununla əlaqədar bir neçə ermənini qaytarması buna misaldır. Gürcüstan Baş naziri səfəri zamanı növbəti dəfə vurğuladı ki, Ermənistan-Azərbaycan arasında normallaşmanın olması üçün növbəti addımlar atılacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə