"Ermənistan yağı sifətini və siyasətini dünyaya göstərir" - DEPUTAT AÇIQLADI

"Ermənistan yağı sifətini və siyasətini dünyaya göstərir" - DEPUTAT AÇIQLADI

"Beynəlxalq təşkilatlar və bir sıra nüfuzlu ölkələrin tələbinə baxmayaraq, Ermənistan mina xəritələrini vermir. Hətta, verilən mina xəritələri də tam bütün basdırılmış minaları özündə əks etdirmir". Bu sözləri SİA-ya açıqlamasında deputat Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Azərbaycan onsuz da özü bu ərazilərdə mina təmziləmə işlərini aparır. Asim Mollazadə bu haqda fikrini belə izah edib: "Bir sıra ölkələr də Azərbaycana bu istiqamətdə kömək edir. Sadəcə olaraq, Ermənistan yenə də öz yağı sifətini və siyasətini dünyaya göstərir. Çünki bu minalar Azərbaycanın mülki əhalisinin Qarabağa qayıtmasına əngəl törətmək üçün basdırılıb. Ermənistan buna görə də, hərbi cinayətlərdən çəkinmir. Bunu bütün dünya görməlidir. Ermənistanın siyasəti hər zaman uşaqları, qadınları qətlə yetirməkdən ibarət olub. Yəni, hərbi cinayətlərdən heç vaxt çəkinməyiblər.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə