“Biz Əfqanıstanda məğlub olduq” ABŞ generalı

“Biz Əfqanıstanda məğlub olduq” ABŞ generalı

ABŞ ordusu Əfqanıstandakı müharibəni uduzub, ancaq buna baxmayaraq qarşıya qoyulan məqsədlərin bir hissəsi həyata keçirilib. SİA xəbər verir ki, bu barədə senatdakı dinləmələrdə ABŞ silahlı qüvvələri qərargahları rəislərinin birləşmiş komitəsinin sədri Mark Milli bildirib.

Onun sözlərinə görə, Əfqanıstan ABŞ üçün strateji uğursuzluq oldu. O həmçinin qeyd edib ki, müharibə son 20 gündə, hətta son 20 ayda deyil, daha əvvəldən uduzulub.

Generalın qiymətləndirməsinə görə, ABŞ Əfqanıstanda mövcud olduğu dövr ərzində “Əl-Qaidə” terror qruplaşmasının öhdəsindən gəlməyi bacarıb, lakin “Taliban” hərəkatının hakimiyyətə gəlməsinin qarşısını ala bilməyib.

Milli öz fikrini açıqlayaraq deyib ki, bu mərhələdə bir sıra doğru olmayan strateji qərarlar qəbul olunub ki, bu da Əfqanıstandakı hərbi əməliyyatları məğlubiyyətə gətirib çıxarıb.

Lakin bütün bunlara baxmayaraq, amerikalı generalla yanaşı, ABŞ-ın mərkəzi komandanlığının rəhbəri Frenk Makkenzi bəyan ediblər ki, onlar Ağ evə hər-hansı müddətə 2,5 min ABŞ əsgərinin saxlanılması tövsiyəsini veriblər, ancaq administrasiya bu məsləhəti rədd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə