“Müxalifət quru yerdə bir fırtına yaratmaq istəyir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müxalifət quru yerdə bir fırtına yaratmaq istəyir” PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Müxalifət düşərgəsindəki bəzi şəxslərin diqqət mərkəzinə çevrilmək istəmələri normal bir haldır. Amma baxır burada onlar nəyi istəyir və məqsəd nədir? Əgər sənin qarşıya qoyduğun məqsəd dövlət və cəmiyyət üçün xeyirlidirsə, onda buyur. Yox əgər sən hər hansı bir məqsədə çatmaq üçün bir bəhanə axtarırsansa, yəni quru yerdə bir fırtına yaratmaq istəyirsənsə, bu, baş tutmayacaqdır”. Bunu Təkamül partiyasının sədri Teyyub Qənioğlu “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müxalifətdə olan bəzi şəxslərin gündəmə gəlmək üçün reallığı özündə əks etdirməyən məsələlərdən öz məqsədləri üçün istifadə etməsi yaxşı bir hal deyil: “Siyasətçilərin verdiyi qərarlar, nəinki özlərinin və ətrafının, bütövlükdə cəmiyyətin və dövlətin taleyinə bu və ya digər şəkildə kömək edir. Cəmiyyətin də böyük bir hissəsi siyasətçilərin davranışlarından nümunə götürürlər. Ümumiyyətlə, bu cür hərəkətlər daha çox düşünülüb daşınılmalıdır və bundan sonra addımlar atılmalıdır. Ölkədə sabitliyi pozmaq və ölkəmizin əldə etdiyi uğurlara, nailiyyətlərə kölgə salmağa çalışırlar. Amma onların nə düşünməsindən və etməsindən asılı olmayaraq Azərbaycan dövləti öz uğurlu, parlaq siyasətini davam etdirir. Xalqımız Prezidentimiz tərəfindən aparılan uğurlu siyasətini dəstəkləyirlər və hər zaman əməli fəaliyyəti ilə Prezident İlham Əliyevin yanında olduğunu nümayiş etdirib”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə