"Azərbaycan beynəlxalq prinsip və normalara sadiq qalacaq" - DEPUTAT AÇIQLADI

"Azərbaycan beynəlxalq prinsip və normalara sadiq qalacaq" - DEPUTAT AÇIQLADI

"Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin 76-cı sessiyasında nitqini həm ölkə prezidenti, həm də qoşulmama hərəkatının sədri kimi söylədi". Bunu SİA-ya açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, dövlət və hökumət başçıları üçün nəzərdə tutulmuş video formatdakı çıxışında Azərbaycan və dünya üçün çox əhəmiyyətli, ümumiyyətlə qlobal şəkildə bəşəriyyətdə baş verən məsələlərlə bağlı ölkə başçısı dünya lideri kimi öz fikrini söyləmişdir: "Əlbəttə, bu çıxış çoxşaxəli bir çıxış idi. Və özündə dünya üçün, bəşəriyyət üçün çox ciddi mesajlar ehtiva etməklə yanaşı ölkəmizin maraqlarını, ölkəmizin milli xarici strategiyasının açıq şəkildə dünya ictimaiyyətinə çatdırmaq üçün cənab Prezident tərəfindən faydalı və uğurlu şəkildə ifadə edilmişdir. Bunların içərisində ən maraqlısı milli strategia kontekstində 30 ilə yaxın düşmən tapdağında qalmış torpaqlarımız və BMT tərəfindən 4 qətnamənin yerinə yetirilməsi, Azərbaycanın müzəffər ordusu tərəfindən qazanılan 44 fünlük müharibə ilə bağlı cənab Prezident öz nitqində danışmışdır. Cənab Prezident haqlı olaraq qeyd etmişdir ki, nə BMT, nə də digər beynəlxalq təşkilatlar məsələnin həlli ilə bağlı effektif heç bir addım atmayıb. Yalnız danışıqlar və turistik gediş-gəlişlərin şahidi olmuşuq. BMT-nin və digər təşkilatların verdiyi qərarların yalnız kağız üzərində qaldığını bildirdi. Bu çıxışında cənab Prezident əslində BMT-nin icra etməli olduğu qərarların Azərbaycanın özü tərəfindən yerinə yetirildiyini deyib. Bununla da Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan öz torpaqlarından düşmənləri qovduğunu cənab Prezident vurğulayıb. Cənab Prezident eyni zamanda müharibə və ondan sonrakı dönəmdə bəzi dövlətlər tərəfindən təzyiqlərin olmasına baxmayaraq buundan sonra da Azərbaycanın beynəlxalq prinsip və normalara sadiq qalacağını və bu istiqamətdə işləri davam etdirəcəyini deyib. Azərbaycan Prezidenti həmçinin Azərbaycanda başqa xalqların da çox rahat yaşadığını, Azərbaycanın insan haqlarına göstərdiyi önəmi bildirmişdir. Azərbaycan haqlı olaraq öz torpaqlarını qətiyyəti sayəsində geri qaytarmışdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə