"Beynəlxalq güclər anlamalıdır ki, bölgədə sülhün alternativi yoxdur" - POLİTOLOQ AÇIQLADI
"Cənab Prezidentin "Anadolu" agentliyinə müsahibəsi zamanı əgər Ermənistandan bir daha təhdid olarsa, bu təhdid tamamilə yox ediləcək deməsi çox önəmli bir mesaj idi. Azərbaycan Respublikasının Prezidenti hər hansı bir mesajı Ermənistana və ya beynəlxalq ictimaiyyətə çatdırırsa, deməli onun arxasında əsaslı səbəblər dayanır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan ordusu istənilən döyüş tapşırığını icra etmək iqtidarındadır. Dəmir yumruğumuz hələ də yerindədir. İstənilən zaman biz erməni təxribatının qarşısını almaq və erməni faşizminin başını yenidən əzmək iqtidarındayıq.
Ceyhun Əhmədli bu haqda fikrini belə izah edib: "Bildiyiniz kimi Ermənistanı bu gün dağıdıcı, qeyri-konstruktiv mövqe sərgiləməyə sövq edən bəzi güc mərkəzləri var. Onlar Ermənistanla-Azərbaycan arasında münaqişənin davam etməsinin tərəfdarıdır. Çünki onlar Cənubi Qafqaz regionunda münaqişə ocağının daim alovlanması tərəfdarıdırlar. Onlar Cənubi Qafqazda əməkdaşlığın, qarşılıqlı sülhün əmin-amanlığın qətiyyən tərəfdarı deyillər. Nəzərə alaq ki, qərbdəki bəzi dairələr Azərbaycanın qələbəsi ilə başa çatmış ikinci Qarabağ müharibəsindən sonra yaranmış yeni vəziyyəti qəbul etmək istəmirlər. Onlar hər vəchlə çalışırlar ki, situasiyanı dəyişsinlər. Azərbaycanın yaratmış olduğu yeni reallıqları dəyişsinlər və yeni bir vəziyyət formalaşdırsınlar. Ancaq təbii ki, bu cəhdlər hamısı əbəs yerədir. Artıq münaqişə başa çatıb. Artıq Dağlıq Qarabağ adlı inzibati region Azərbaycanda yoxdur. Kimlərsə, əgər Dağlıq Qarabağ məsələsini yenidən gündəliyə daxil etmək istəyirlərsə, onlar gec-tez tutduqları bu yolun yanlış olduğunu anlayacaqlar. Çünki Azərbaycan öz mövqeyindən bir addımda geri çəkilməyəcək. Azərbaycan ərazisində ikinci Ermənistan torpağının yaranmasına imkan verməyəcəyik. Bəli, Azərbaycanın tarixi torpaqlarında birinci Ermənistan dövləti yaradıldı. Bu tarixi səhvin ucbatından baş verdi. Amma bu ikinci dəfə qətiyyən baş verməyəcək. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə, vurğulayıb ki, biz bu niyyətin, məkrli planın həyata keçməsinə icazə verməyəcəyik. Təbii ki, beynəlxalq dairələrin tuduğu yol yanlışdır. Cənab Prezidentin də dediyi kimi bizim səbrimizi sınamasınlar. Biz göstərdik ki, Azərbaycanın maraqlarına qarşı gedəndə, ermənipərəst mövqe tutanda hansı hadisələr baş verir. 44 gün davam edən müharibə təkcə, Ermənistana yox, eyni zamanda ona havadarlıq edən qüvvələrə bir mesaj mahiyyətində idi. Beynəlxalq güclər anlamalıdır ki, bölgədə sülhün alternativi yoxdur. Azərbaycan xalqı, Azərbaycan dövləti Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcək. Azərbaycan daima öz gücünü artırır. İstəyir hərbi, istəyir siyasi, istəyir iqtisadi parametrlərdə Azərbaycan daim irəliləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB