“Azərbaycanı günahlandırmaq QHT-nin işi deyil”

“Biz “Sərhədsiz reportyorlar” kimi QHT təşkilatı ilə uzun illər əvvəl hər hansı ünsiyyəti dayandırmışıq. Bu, bəlkə də, 15 il əvvəl baş verib və bu, onların Azərbaycanla bağlı çox qərəzli və ədalətsiz mövqeyi ilə əlaqədardır”.

Bunu Prezident İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində jurnalistin “Sərhədsiz reportyorlar” təşkilatı Sizə müraciət edərək, Azərbaycan blogeri Məhəmməd Mirzəliyə qarşı hədələrə və zorakılığa son qoymağa çağırıb. O, Fransada qaçqın kimi yaşayır. Mart ayında burada ona şiddətli hücum edilib, bıçaq xəsarəti alıb. Sualım belədir: “Sərhədsiz reportyorlar” təşkilatının rəyinə görə, Siz həmin şəxsləri susdurmaq məqsədilə xaricə adamlar göndərirsiniz” fikrinə cavab olaraq deyib.

Dövlət başçısı qeyd edib ki, bu səbəbdən onların hesabatı mənim üçün və Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır:

“Avropada, o cümlədən Fransada yüzlərlə insan yaşayır və Azərbaycanda gördüyümüz işlər onların xoşlarına gəlmir. Onlar Fransada, başqa ölkələrdə yaşayırlar və heç kəs onlara toxunmur.

Əgər sizin ölkədə yaşayan insanla bağlı hadisə baş verirsə, bunun araşdırılması məhz sizin ölkənizin hüquq-mühafizə orqanlarının işidir.

Azərbaycanı bu məsələdə günahlandırmaq QHT-nin işi deyil. Sizin istintaqçıların bıçaqla xəsarət yetirmə halı ilə bağlı kifayət qədər sübutları varmı?”

Prezidentin jurnalistin “Siz həmin şəxslə hər hansı əlaqənin olduğunu rədd edirsiniz?” sualına cavabı isə birmənalı olub:

“Tamamilə belədir. Yüz faiz rədd edirəm. Hər hansı sübut, araşdırma olmadan və kimin hansı cinayəti törətdiyini müəyyən etmədən bütün ittihamlar tamamilə əsassızdır və qərəzlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə