YAP Qazax rayon təşkilatı nümayəndələri şəhidlərin məzarlarını ziyarət etmişlər FOTOLAR

YAP Qazax rayon təşkilatı Vətən müharibəsi şəhidləri Abdullayev Sərxan Elxan oğlunun və Orucov Elvin Rövşən oğlunun şəhid olmalarının ildönümü ilə əlaqədar məzarlarını ziyarət etmiş, ailələrinə baş çəkmişdir. Anım mərasimində çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov 44 günlük Vətən müharibəsi dönəmində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun möhtəşəm qələbə qazanaraq, dünya hərb tarixinə yeni şanlı səhifələr yazdığını bildirib. Təşkilat rəhbəri bildirdib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, Müzəffər Azərbaycan ordusu tarixi zəfərini qazandı: “Şəhidlərimiz heç zaman unudulmayacaqlar, onlar daim xalqımızın qəlbində əbədi yaşayacaqlar”.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə