Qusarda Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR

Anım Günü münasibətilə Qusar rayonunda bir sıra tədbirlər keçirilib. SİA-nın məlumatına görə, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, YAP rayon təşkilatı fəallarının, şəhid ailələrinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidlərin məzarları ziyarət olunub və ruhlarına dualar oxunub.

Eyni zamanda, Anım Günü tədbirinin iştirakçıları ağacəkmə aksiyasına qoşulublar. Qeyd edək ki, saat 12.00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları bildiriblər ki, Vətən torpaqlarının işğaldan azad olması naminə canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bundan sonra da xalqımızın qəlbində daim yaşayacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə