Ağcabədidə anım günü keçirilib - FOTOLAR

Ağcabədidə 27 sentyabr tarixində çox möhtəşəm bir anım günü keçirilib. SİA xəbər verir ki, tədbirdə əsgərlər, zabitlər, şəhid valideynləri, şəhid övladları və digər şəxslər iştirak ediblər. Tədbirdə həmçinin rayonun rəhbərləri, rayonun icra başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanının rəhbərləri, hərbi hissənin əməkdaşları, ziyalılar, birinci Qarabağ müharibəsinin veteranları, ikinci Qarabağ müharibəsinin qaziləri, ağsaqqallar, din xadimləri, ümumiyyətlə, bir sıra vətəndaşlar da iştirak ediblər.

Tədbirdə, Ağcabədinin deputatı, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev çıxış edib. Komitə sədri öz çıxışı zamanı dövlət rəhbərinin göstərdiyi qayğıdan, qələbənin möhtəşəmliyindən, əldə etdiyimiz qələbənin tarixiliyindən danışıb. Sonra şəhidlərin məzarına gül dəstələri qoyulub, xatirə şəkilləri çəkilib, ardınca isə xeyli ağac əkilib.

Bundan sonra döyüşlərdə şəhid olmuş iki şəhidin ailələrinə baş çəkilib. Onların vəziyyəti ilə maraqlanılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə