"Avrasiya: DOC-2021" VI Sənədli Filmlər Festivalı çərçivəsində Armen Xaçatryanın "Yarımçıq xatirələr" sənədli filmi də 1 oktyabrda Minskdə "Belarus" kinoteatrında nümayiş olunmalı idi. SİA-nın Belarus mətbuatına istinadən verdiyi məlumata görə, erməni ordusunun əsgəri olan bir qadından bəhs edən bu filmi Festivalın rəsmi Facebook səhifəsindən çıxarılıb.
Festivalın təşkilatçıları bu addımı Azərbaycan tərəfinin haqlı tələbindən sonra atdıqlarını bildiriblər: "Bəli haqlı etiraz idi və film festivalın proqramına uyğun deyildi. Ona görə də proqramdan çıxardıq. Festival rəhbərliyi vəziyyəti dəyişmək üçün heç nə edə bilməz".
Qeyd edək ki, "Ayk" və "Margins Media"-nın birgə istehsalı olan film Ermənistan ordusunda xidmət edən qadınlardan bəhs edir. Çəkilişlərin bir hissəsi Qarabağda baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB