"Bundan qabaq ermənilərin verdiyi xəritələr yararlı deyildi" - DEPUTAT AÇIQLADI

"Bundan qabaq ermənilərin verdiyi xəritələr yararlı deyildi" - DEPUTAT AÇIQLADI

"AŞPA-da mina xəritələri ilə bağlı söylənilən fikrin bundan sonra həyata keçəcəyini dəqiq bilmək olmur". Bu sözləri SİA-ya açıqlamasında deputat Rasim Musabəyov deyib.

Onun sözlərinə görə, ermənilərin verdiyi xəritə nə dərəcə də doğru olacaq bu aydın deyil. Rasim Musabəyov bu haqda fikrini belə izah edib: "Bundan qabaq ermənilərin verdiyi xəritələr yararlı deyildi. Onların doğruluq payı cəmi 25 faiz idi. Yəni belə şəkildə bunlar bizə xəritə verəcəklərsə və bunun müqabilində bizdən hazırda dustaq həyatı yaşayan terroristlərini istəyəcəklərsə, düşünmürəm biz buna razı olaq. Hər bir halda bu məsələ gündəmdə qalır. Ancaq Azərbaycan o əraziləri minadan təmizlədərkən Ermənistandan hansısa xəritələrin verilməsini gözləmir. AŞPA-nın bu qərarı bir şeyi dəyişəcəkmi, bu dəqiq deyil. Görünür, bu daha çox təbliğat xarakterli bir fikirdir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə