Xəzər rayonunda silsilə tədbirlər keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Anım Gününün təsis edilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi ilə bağlı Xəzər rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə Xəzər rayonunda silsilə tədbirlər keçirilib. SİA-nın məlumaıtna görə, tədbirlərdə Xəzər RİH başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının nümayəndələri, Millət vəkili Soltan Məmmədov, Hüquq-mühafizə orqanları, İctimai Birliklərin rəhbərləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Beləki, ilkin olaraq 27 Sentyabr 2021-ci il tarixində Xəzər rayonu, Buzovna qəsəbəsindəki Şəhidlər Xiyabanında anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları tərəfindən şəhidlərin məzarlarına gül dəstələri düzülərək ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.

Tədbirlər çərçivəsində Vətən Müharibəsi şəhidlərinin dəfn olunduğu Binə qəsəbəsindəki Şəhidlər xiyabanında geniş tərkibdə anım tədbiri keçirilib. Tədbir başlamazdan öncə respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının nümayəndələri, Millət vəkili Soltan Məmmədov çıxış edərək şəhidlərimizin keçdikləri şərəfli döyüş yollarından və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan geniş söz açıblar. Tədbirdə iştirak edən şəhid ailələri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Tədbirin davamında Azərbaycan Yazıçılar Birliyinin Xəzər rayon bölməsinin üzvləri tərəfindən Vətən Müharibəsi şəhidlərinin xatirəsinə şerlər səsləndirilib. Sonra şəhidlərin məzarları üzərinə gül dəstələri düzülərək ruhlarına dualar oxunub, Şəhidlərin xatirəsinə ehtiram ifadəsi olaraq Xiyabanda ağacəkmə aksiyası keçirilib.

Tədbirlər çərçivəsində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən Şəhidlər parkında şəhidlərin xatirəsinə ucaldılmış bulaq kompleksinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun birliyindən bəhs ediblər.

Daha sonra Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ağacəkmə aksiyası keçirilib. Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Qala avtomobil yolunun sol hissəsində baş tutan aksiyada Vətən Müharibəsi Şəhidlərinin xatirəsinə ümumilikdə 500 ədəd müxtəlif növ ağac əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilib.

Anım günü münasibətilə tədbir iştirakçıları tərəfindən rayonun Türkan və Zirə qəsəbələrində dəfn olunan şəhid məzarları ziyarət edilmiş, şəhidlərin məzarlarına gül dəstələri düzülərək ruhlarına dualar oxunmuş, xatirələri ehtiramla yad edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə