"Region ikinci faşizm vandallığından xilas olmaqdadır" - KOMİTƏ SƏDRİ AÇIQLADI

"Bu gün sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu düz bir il əvvəl Ermənistan tərəfinin təcavüz aktına cavab olaraq keçirilən əks həmlə əməliyyatı daha sonra isə Yumruq əməliyyatı adlanan prosesi özündə ehtiva edir". Bunları SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, nəzərə alsaq ki, 30 ilə yaxın bu prosesdən əziyyət çəkən insanların olması, onların öz ev-eşiyindən didərgin düşməsi ərazimizin işğal altında olması problemini yaşayırdıq. Bu illər ərzində Azərbaycan gücünü toplayaraq həm ölkə daxilində, həm ölkə xaricində bu problemin həlli üçün lazım olan addımları atdı. Ən əsası Azərbaycan xalqı bir yumruqda birləşərək öz gücünü, ordusunun gücünə qataraq öz ərazilərini işğaldan azad etdi. Bu barədə Bahar Muradova fikrini belə izah edib: "Biz Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Fəxri xiyabanın qarşısında Azərbaycan xalqına, Azərbaycan ictimaiyyətinə, eləcə də, dünyaya olan müraciətini dinlədik. Bu müraciətdə səslənən hər bir söz, hər bir ifadə, hər bir kəlimə deməliyiəm ki, Azərbaycan xalqının qəlbindən, ürəyindən bəhs edir. Azərbaycan dostlarını şad edir, Azərbaycan düşmənlərini isə narahat edir. Elə narahat da etməlidir. Düşünürəm ki, bir il bundan əvvəl ölkə başçısının çağırışlarına məhəl qoymayaraq təcavüzkar siyasətinə davam etməyi lazım bilən. Davam edəcəyinə ümidi olan Ermənistan elə qısa bir müddətdə cavabını aldı. Bu müddət ərzində baxmayaraq Ermənistan rəhbərliyi və erməni xalqı onun müəyyən kəsimi yenə də revanş arzularının reallaşacığına inam ortaya qoyurdular və bəzi beynəlxalq dairələrdə onlara dəastək verməyə davam edirdilər.Amma artıq bu məsələnin ancaq geri dönüşü yoxdur. Cənab Prezidentin də vurğuladığı kimi Dağlıq Qarabağ problemi artıq tarixdə qalıb və bu müharibə bitib, bu məsələ həll olunub. Bununla barışmayanlar isə, ikinci Yumruq əməliyyatı ilə üz-üzə qala bilərlər. Ən əsası bu proses Azərbaycan xalqının yüz illərə söykənən erməni əsarəti, erməni təcavüzü, erməni vandalizminə təkcə, Azərbaycan xalqı və maraqları üçün deyil, regionun, bu ərazilərdə yaşayan xalqların yeni bir faşizm növündən xilas etməsi ilə nəticələndi. Hesab edirəm bu ikinci dünya müharibəsindən və BMT yaranandan sonra ayrılıqda kiçik dövlətin az sayda xalqı olan, amma böyük əzm və qətiyyəti olan bir ölkənin göstərdiyi nümunəni hələ heç kəs göstərməmişdi. Azərbaycan öz gücü ilə beynəlxalq hüququn prinsiplərinə istinad edərək öz xalqının birliyinə və həmrəyliyinə söykənərək, ordunun gücünə güvənərək bu əməliyyatı sona çatdırdı və demək olar ki, dünya, region ikinci faşizm vandallığından xilas olmaqdadır. Əgər bunu əksini göstərməyə çalışan hansısa hərəkət olacaqsa, cənab Prezidentin söylədiyi kimi biz heç tərəddüd etmədən ikinci dəmir yumruq əməliyyatını həyata keçirəcəyik. İnanırıq ki, onda da Azərbaycan xalqı bir yumruq kimi Ali Baş Komandanın ordusunda yer alacaqdır. Mən bu gün çox böyük hüzr və kədərlə bu günün zəfər günü kimi qeyd oolunması və sonunda zəfərlə nəticələnməsinə töhfə verən Azərbaycan vətəndaşlarına can sağlığı diləyirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm və Tanrıdan onların ailələrinə səbr və dözüm arzulayıram. Haqq Azərbaycan ordusuna, gəncliyinə aiddir. Ordumuzla qürur duyuruq. Azərbaycan xalqıda ordumuzla qürur duyur. Yaşasın Azərbaycan, yaşasın Azərbaycan xalqı!".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə