"Ölkəmizə qarşı hər hansı bir təhdid yaranarsa,.." - DEPUTAT ŞƏRH ETDİ

"Ölkəmizə qarşı hər hansı bir təhdid yaranarsa,.." - DEPUTAT ŞƏRH ETDİ

“Ölkə başçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin Rusiyanın tanınmış nəşrlərindən biri olan “Nasionalnaya oborona”ya verdiyi müsahibə əlbəttə ki, bir çox məqamları özündə birləşdirir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bununla bərabər müsahibə yeni hədəflərin müəyyənləşdirilməsi və mesajların ötürülməsi ilə əlamətdardır: “Digər bir tərəfdən cənab Prezidentimiz bu müsahibədə eyni zamanda yeni yaranmış reallıqlara uyğun addımların atılması və bir sıra ölkələrin də məhz buna uyğunlaşması ilə bağlı çağırış etdi. Birincisi müsahibə özü-özlüyündə müharibəni başladan şərtləri sentyabrın 27-dək olan mövcud durumu, daha sonra 44 gün ərzində aparılan hərbi əməliyyatları və hərbi əməliyyatlar zamanı Azərbaycan xalqının milli birliyini, eyni zamanda hər gün yeni döyüş taktikasının təsdiqlənməsi, idarəetmənin mükəmməl şəkildə işləməsi, Azərbaycan Silahlı Qüvvələrinin igidliyi, mərdliyi, qorxmazlığı, Ermənistanın 44 gün ərzində çox acınacaqlı vəziyyətdə olduğu və buna görə də Azərbaycanın münaqişədən uzaq yerlərdə yerləşmiş şəhərlərinə qadağan olunmuş raketlərin atılması və bununla da Ermənistan siyasi hərbi rəhbərliyinin cinayətlərinin törədilməsi, 30 il müddətində Azərbaycan torpaqlarını işğala məruz qaldığı zaman məhz erməni vandalları tərəfindən burada misli görünməmiş vəhşiliklərin və vandallıqların həyata keçirilməsini dünya ictimaiyyətinə çatdırmış oldu. Əlbəttə ki, münaqişədən sonrakı mərhələdə qarşıya qoyulmuş hədəflər, perspektivlər, Azərbaycan tərəfinin mövqeyi, sülhə, əmin-amalığa, qarşılıqlı əməkdaşlığa istiqamətlənmiş bir mövqeyi və bütün bunlara baxmayaraq Ermənistan tərəfindən hələ də müsbət siqnalların alınmaması və bir çox digər məsələlərə toxunmuş oldu”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, burada eyni zamanda Ermənistanı və onun himayədarlarına ciddi mesaj ötürmüş oldu: “Çünki onlar sülh müqaviləsini imzalamaqdan boyun qaçırırlarsa, sərhədlərin delimitasiya və demarkasiya işlərinə, kommunikasiyaların açılmasına süni əngəl törədirlərsə, o cümlədən də hər hansı bir revanş ritorikasından, revanş ideyasına düşərlərsə, cənab Prezident onlara bir daha 44 günlük Vətən müharibəsindən düzgün nəticə çıxartmağı tövsiyə etdi və ölkəmizə qarşı hər hansı bir təhdid yaranarsa, dəmir yumruğun hər zaman qüvvədə olduğu mesajını vermiş oldu”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə