"Azərbaycan işğal altındakı torpaqlarını geri aldı"

Sonuncu yüzildə dünyada ən mühüm hadisələrindən biri də Qafqazda baş verdi. Azərbaycan işğal altındakı torpaqlarını geri aldı.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyənin nüfuzlu “A Haber” telekanalında yayılan “Sonuncu yüzil” sərlövhəli genişhəcmli verilişdə səsləndirilib.

Verilişdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzkar tərəfin davam etdirdiyi hərbi-siyasi təhdidlər və təxribatlar nəticəsində başlanan Vətən müharibəsinə aid materiallara geniş yer ayrılıb. Ölkəmizə aid hissədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun qazandığı böyük Zəfəri əks etdirən orijinal kadrlar əskini tapıb. Prezident İlham Əliyevin savaş günlərində Azərbaycan xalqına müraciətlərindən mühüm məqamlar türkdilli ictimaiyyətə təqdim olunub. Diqqətə çatdırılıb ki, cəbhədəki biabırçı məğlubiyyəti ilə barışmaq istəməyən işğalçı Ermənistan müharibə günlərində Azərbaycanda dinc əhalini hədəfə alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə