"Ermənistan tamamilə monoetnik dövlətə çevirib" - Assur millət vəkili

"Yeni qanuna görə, Ermənistanın doqquz bölgəsində icmaların genişləndirilməsi planlaşdırılır. Hazırkı hakimiyyət icmaların genişlənməsi haqqında qanun qəbul edərək Ermənistanı tamamilə monoetnik dövlətə çevirmək üçün ilk addımı atdı". SİA xəbər verir ki, bu barədə Ermənistan parlamentinin assuriyalı icmasından olan deputatı Zemfira Mirzəyeva öz Facebook səhifəsində yazıb.

“Bundan sonra milli kimliyimizin təhdid altında olmadığı yeganə ölkə Ermənistan olduğunu deyə bilmərik. Bu, Assuriya camaatı üçün güclü bir zərbədir”, deyə Mirzəyeva yazır.

Millət vəkilinin sözlərinə görə, Ermənistan hakimiyyəti bununla ölkənin milli azlıqlarının nümayəndələrinin taleyinə biganə münasibət göstərib.

Xatırladaq ki, "Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişiklik və əlavələr layihəsi sentyabrın 24-də parlamentdə ikinci və son oxunuşda qəbul edilib. Qanuna görə, Aragatsotnda 69, Araratda 105, Armavirdə 82, Qeqarqunikdə 62, Loridı 43, Kotaykda 30, Şirak 40, Dərələyizdə (Vayots Dzor) 5, Tavuş bölgəsində 3 bölgəni genişləndirmək planlaşdırılır. Birləşmə nəticəsində 37 icma yaradılacaq. Bundan əlavə, Syunik bölgəsinin Qafan icmasının Erkenants kəndi ilə yaşayış məntəqələrinin siyahısının əlavə edilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...