YAP Ağdam rayon təşkilatının yaranmasının 28-ci ildönümü qeyd olunub TƏDBİR

YAP Ağdam rayon təşkilatının yaranmasının 28-ci ildönümü münasibəti ilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və önünə gül dəstələri düzülüb. Tədbir YAP Ağdam rayon təşkilatının qərargahında davam etdirilib. Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edib. Yeni Azərbaycan Partiyasının yaranması tarixindən söz açan rayon təşkilatının sədri partiyanın son dərəcə ağır, ölkənin ciddi sınaqlar qarşısında qaldığı bir zamanda yarandığını bildirib.

Sonra rayon təşkilatının gördüyü işlərə nəzər salaraq, ötən illər ərzində inkişaf etdiyini, təşkilat üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakını diqqətə çatdırıb. Daha sonra A.Əliyev 44 günlük Vətən müharibəsinin qələbələrlə dolu tarixindən danışıb. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv qəbul edilmiş gənclərə vəsiqələr təqdim edilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə