“Pul yoxdursa, müxalifətçilik də yoxdur” - PARTİYA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Əli Kərimli indi yox, bu partiyaya sədr seçiləndən bilirdi ki, onun hakimiyyətə gəlmək, ölkəni idarə etmək şansı yoxdur. Ən azı ona görə ki, qarşısındakı iqtidarın idarəçilik bacarığı, bütün fəaliyyətini xalqın, ölkə vətəndaşlarının həyatının firavanlığına, dövlətin qüdrətlənməsinə, daha xoşbəxt gələcəyimizin təminatına yönəltməsi, xalqın da belə bir iqtidara "hə" deməsi əlilərin hakimiyyətə gəlmək şansını sıfırlayırdı. O zaman bunu bildiyi halda otuz ilə yaxın özünü bu iqtidara siyasi müxalifət kimi aparması hansı məqsəd güdürdü? Təbii ki, qazanc, pul, mal-dövlət əldə etmək istəyir!”. Bunu SİA-ya “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, on illər boyu həm Azərbaycanın siyasi səbatsız adamlarını aldadıb ardınca aparmağa, həm də bu qaragüruh kütlələrdən istifadə edib özünü xaricdəki anti-Azərbaycan qüvvələrə "ana müxalifət" kimi sırıyırdı: “Yaxşı da pul qazanırdı. İndi artıq tarixi zəfərin indiki iqtidara qazandırdığı imici yaxşı anlayan həmin qüvvələr əlilərə pul verməkdən vaz keçirlər. Bu halda onun havayı müxalifətçilik etməsindən nə qazanacaq? Sadəcə, bu qaragüruhun içində kimlərinsə ona yerini göstərə biləcəyini düşünüb də, hələ ki, yalançı müxalifliyini davam etdirmək istəyir. Tezliklə buna da son qoyduğunun şahidləri olacağıq. Siyasi biznesmenliyin qanunudur bu. Pul yoxdursa, müxalifətçilik də yoxdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə